- Baxış sayı: 70
- 21 Yanvar 2026 11:11
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

Rusiyalı tennisçi Kamilə Rəhimova, Ostində (ABŞ) 267 min dollar mükafat fondu olan VTA 250 turnirinin 1-ci turunda belçikalı Yanina Vikmayeri məğlub edib.
Allsport.az xəbər verir ki, görüş 6:3, 6:7 (4:7), 7:6 (7:5) hesabı ilə dünyanın 94-cü raketkasının xeyrinə başa çatıb. Rəqiblər meydanda cəmi 3 saatdan çox vaxt keçiriblər.
Rəhimova 2-ci turda fransalı Dayan Parri ilə qarşılaşacaq.