“Rəqibin xalının olmaması çox təhlükəlidir”

Sabah “Qarabağ” çempionlar liqasının əsas mərhələsinin 6-cı turunda evdə Niderlandın “Ayaks” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda mətbuat konfransında “kəhər atlar”ın baş məşqçisi Qurban Qurbanov bunu dedi:

“Cox vaxib oyundur. Açığı, hazırlıq üçün elə də zamanımız olmadı. Bir neçə gün əlacə dərdimizə dərman ola bilərdi. Çünki rəqib çox rotasiya edəndir. Onlar da ilk qələbələrini qazanmaq istəyəcəklər. Biz isə, çalışacağıq yaxşı oyun nümayiş etdirək və azarkeşlərimizi sevindirək.

Rəqibin xalının olmaması çox təhlükəlidir. Püşk atılanda bizim barədə də bu cür düşünürdülər. Elə bilirdilər az xal toplayacağıq. Amma rəqib köklü klubdur. Heç cür arxayınlaşmaq olmaz. “Ayaks” matçın gedişində taktiki dəyişiklik edir. Buna hazır da olmalıyıq”.

Həmin kateqoriyadan