Rəşad Eyyubov ilk oyununda darmadağınla uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyununa çıxıb.

Allsport.az xəbər verir ki, “B” qrupunda yer alan millimiz Çex respublikasının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Karvina şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-21 millimiz qrupda dördüncü görüşünü oktyabrın 14-də Bakıda Şotlandiya yığmasına qarşı keçirəcək.

Həmin kateqoriyadan