- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov qitə liqasının pley-off mərhələsinin cavab oyunundan sonra öz fikrini bölüşdü. Allsport.az saytı xəbər verir ki, o, Şimali İrlandiyanın “Linfild” klubuna evdə qalib gəldikləri (2:1, ilk oyun 2:3) görüşdən məmnun qaldığını söylədi:
“Matça yaxşı başladıq. Erkən qol işimizə yaradı. Bundan sonra topa nəzarət etməyə, irəli atılmağa və tempi salmağa başladıq. Hələ cəmi bir top fərqi ilə uduzduğu üçün rəqib risk etmək istəmirdi. Bizi öz üzərlərinə çəkərək əks-hücumlara çıxmaq niyyətində idilər. İlk görüşdən sonra onları yaxşı təhlil etmişdik. Bilirdik ki, əsas silahları əks-hücum və standart vəziyyətlərdir.
Ona görə də ehtiyatlı davranırdıq. 2-ci hissədə isə yaxşı qol imkanlarımız oldu. Rəqib isə təhlükəli standart vəziyyətlər əldə etdi. İkinci qolu vurduqdan sonra bir qədər rahatlaşdıq. Uzatma dəqiqələrində qol buraxsaq da, sevinirik ki, hər şey bizim üçün yaxşı qurtardı”.