- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda Azərbaycan kubokunnu yarımfinal mərhələsində baş verən hadisələrlə bağlı aşağıdakı qərarlar verilib:
Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Zirə” – “Keşlə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
“Zirə” klubunun 12 nömrəli futbolçusu Lazar Corceviç “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, 3200 manat cərimə olunur;
“Zirə” klubunun 2 nömrəli futbolçusu Sərtan Taşkın ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;
“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olmasına görə 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur;
“Zirə” klubunun məşqçisi Eltun Yaqublu texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına, hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 10 oyun cəzalanır, klub 8000 manat cərimə olunur;
“Zirə” – “Keşlə” oyununda stadiona qanunsuz daxil olanlara görə meydan sahibi klub 800 manat cərimə olunur;
“Zirə” – “Keşlə” oyunundan sonra köməkçi hakimə (Pərvin Talıbova) qarşı naməlum şəxslər tərəfindən fiziki təsir göstərildiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur;
“Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.