- Baxış sayı: 20
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 115
- Noyabr 28, 2024
- 0
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Allsport.az xəbər verir ki, o, 3:0 hesabıyla qələbə qazandıqları matçdan sonra bunları söyləyib:
“Təlim-məşq toplanışımızın ilk mərhələsini – Bakı hazırlığını başa vurduq. Bu müddətdə 3 yoxlama oyunu keçirdik. Əvəzedici komandamızla, “Sabah” və “Qəbələ” ilə qarşılaşdıq. Mövsüm öncəsi hazırlıqda qış toplanışından fərqli olaraq vaxt daha çox olur. Bu 3 həftədə əsasən fiziki cəhətdən və oyun planında komandanın hazırlığını daha da yaxşılaşdırmağa çalışdıq. Bəzi gedişatlar üzərində işlədik, oyundan-oyuna futbolçularda da inkişaf hiss olunurdu.
Həm fiziki baxımdan, həm də oyun planında bəzi komponentləri yaxşılaşdırdıq. İyulun 18-də Türkiyəyə yollanacağıq. Orada üç oyunumuz olacaq. Çatışmazlıqları aradan qaldırmaq baxımından hər oyun bizim üçün önəmlidir. İki həftəlik toplanışdan sonra Bakıda çempionat öncəsi daha bir yoxlama oyunu keçirəcəyik. İnşallah, 14-15 avqusta qədər lazım olan formanı yığa biləcəyik”.