- Baxış sayı: 17
- 25 Fevral 2026 01:50
- Baxış sayı: 124
- Fevral 23, 2026
- 0

“Barselona” hazırda icarə əsasında çıxış edən Markus Rəşfordun transfer hüquqlarını almaq üçün “Mançester Yunayted”lə danışıqlara başlayıb.
Allsport.az xəbər verir ki, klubun idman direktoru Deku artıq futbolçunun agentləri ilə də görüşüb.
Kataloniyalılar bu transfer üçün 30 milyon avro ödəməyə hazırdır.
Rəşfordun özü də komandada qalmaq istəyir. O, cari mövsümdə 34 matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.