“Rəşford üçün xoşbəxtəm”

“Barselona”nın baş məşqçisi Hansi Flik çempionlar liqasının ilk turunda “Nyukasl” üzərində 2:1 hesablı qələbəni şərh edib.

Allsport.az xəbər verir ki, alman mütəxəssis “Sent Ceyms” stadionundakı atmosferi fantastik adlandırıb:

“Stadionda fantastik ab-hava var idi. Biz özümüzə inandıq və qalib gəldik. Çempionlar liqası mövsümünün əvvəlində üç xal qazanmaq çox vacibdir.

Biz həmişə Rəşfordun məşqdə necə işlədiyini görürük. Mən onun üçün xoşbəxtəm. Bizə daha çox hücum variantları təqdim edir. Bu iki qol Markusa növbəti addımı atmağa kömək edəcək. Onun özünə inamlı olması çox vacibdir”.

Çempionlar liqasının ikinci turunda “Barselona” PSJ ilə, “Nyukasl” isə “Royal Yunion”la qarşılaşacaq. Hər iki qarşılaşma oktyabrın 1-nə nəzərdə tutulub.

Həmin kateqoriyadan