- Baxış sayı: 4
- 19 Mart 2026 16:16
- Baxış sayı: 239
- Mart 18, 2026
- 0

“Barselona” klubu Markus Rəşfordun icarə müddətini növbəti mövsüm üçün uzatmaq məqsədilə “Mançester Yunayted”lə danışıqlara başlamaq niyyətindədir.
Allsport.az xəbər verir ki, Kataloniya təmsilçisi futbolçunun müqaviləsində yer alan 30 milyon avroluq birdəfəlik satınalma bəndindən istifadə etməyə hələlik tərəddüd edir.
Ötən gecə çempionlar liqasında “Nyukasl”ın darmadağın edildiyi (7:2) matçda ehtiyatda qalmasına baxmayaraq, “Barselona” rəhbərliyi ingiltərəli hücumçunun komandaya təsirindən razıdır. İspaniya klubu hesab edir ki, sözügedən məbləğin bir hissəsini öncədən ödəməklə “Mançester Yunayted”i yeni icarə müqaviləsinə razı sala biləcək.
Cari mövsümdə bütün turnirlərdə 10 qol və 13 məhsuldar ötürmə ilə yadda qalan 28 yaşlı Rəşford özü də karyerasını “Barselona”da davam etdirmək istəyir.