“R-Sport” da Avropa Oyunları haqda yazdı

Rusiyanın “R-Sport” idman agentliyinin saytında bu il Bakıda keçiriləcək birinci Avropa Oyunları haqqında məqalə dərc edilib. Allsport.az xəbər verir ki, məqalədə Avropa Oyunlarında 20 idman növü üzrə yarışların keçiriləcəyi bildirilir. Triatlon, çimərlik voleybolu və stolüstü tennis yarışlarının qalibləri 2016-cı il Olimpiadasında çıxış etmək hüququ qazanacaqlar.

Məqalədə yarışların keçiriləcəyi idman obyektləri haqqında məlumat verilir. Bildirilir ki, idmançılar üçün ayrılan kəndin yanında jurnalistlər üçün ayrıca media kəndi nəzərdə tutulub.

Qeyd edilir ki, Bakı idman şəhəri adına, habelə ən yüksək səviyyəli yarışlar keçirilməsinə iddia edir. Burada beynəlxalq səviyyəli xeyli yarış keçirilib. Avropa Oyunlarının təşkili məsələsinə gəldikdə isə məqalədə göstərilir ki, Oyunlar ən yüksək səviyyədə keçəcək. Təşkilat Komitəsinin menecerlərinin əksəriyyəti 2012-ci il London Olimpiadasının qərargahında işləyib. Yarışlar öz qonaqpərvərlik ənənələrini qoruyub saxlayan, göydələnləri ilə diqqəti cəlb edən müasir Bakının üslubuna uyğun olacaq.

Həmin kateqoriyadan