- Baxış sayı: 143
- 27 Mart 2026 20:40
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

MMA döyüşçüsü Rafael Fiziyev idman azarkeşləri ilə görüşəcək. Allsport.az saytı xəbər verir ki, görüş avqustun 5-də “Dəniz Mall”da olacaq. Tədbirdə imza sessiyası baş tutacaq.
“Ataman” ləqəbi ilə məşhur olan idmançı mütləq döyüş çempionatında (UFC) son 6 görüşdə qalib gəlib. 29 yaşlı həmvətənimiz ötən ayın 9-da ABŞ-ın Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla döyüşə ilk dəfə Azərbaycan təmsilçisi kimi çıxıb.