- Baxış sayı: 24
- 14 Dekabr 2025 11:20
- Baxış sayı: 655
- Dekabr 12, 2025
- 0

Rafael Utziq Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “Zirə”nin braziliyalı legionçusu yubileyi 5-ci turda “Qarabağ” ilə ev görüşünə (1:3) təsadüf edib.
28 yaşlı hücumçu bu qarşılaşmada sonradan meydana çıxıb. Premyer liqada 100 matçda 18 qola imza atıb.
Cənubi amerikalı futbolçu “Qəbələ”də 81 oyunda 15, “Zirə”dəki 19 matçda 3 qola sevinib. Premyer liqada 2020-ci il sentyabrın 19-da “Qəbələ”nin “Keşlə” (indiki “Şamaxı”) ilə ev görüşündə (0:0) debüt edib.