Rafinya qayıtdı

“Barselona”nın 28 yaşlı futbolçusu Rafinya zədədən sonra məşqlərə başlayıb.

Allsport.az xəbər verir ki, bu barədə klubun rəsmi hesabı məlumat yayıb.

Braziliyalı hücumçu sentyabrda aldığı və təkrarlanan zədə səbəbindən sıradan çıxmışdı.

Rafinya noyabrın 22-də yenilənmiş “Kamp Nou”da “Atletik”lə keçiriləcək matç ərəfəsində komandanın heyətinə qayıdıb.

Cari mövsümdə o, 7 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan