Rahid Əmirquliyev “Zenit”ə qalib gəldikləri oyun barədə nə deyib?
1 iyul 2016 / 11:48 Baxış sayı: 752 Xəbər verdiyimiz kimi, “Qarabağ” klubu Avstriya toplanışı çərçivəsində Rusiya “Zenit” ilə yoxlama matçı keçirib. Allsport.az saytının məlumatına görə, Azərbaycan çempionunun 1:0 qalib gəldiyi görüş barədə komandanın yarımmüdafiəçisi Rahid Əmirquliyev bunu deyib:
“Çətin oyun oldu. Rəqib adi komanda deyildi. “Zenit” statusu olan klubdur. Matçın yoxlama oyunu olduğunu nəzərə alsaq, nəticə elə də önəmli deyildi. Amma şadam ki, bu komandaya qol vurdum və qələbə qazandıq”