- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 252
- Mart 05, 2026
- 0

“Araz-Naxçıvan”ın üzvü, Azərbaycan yığma komandasının Ukrayna ilə oyuna hazırlığı zamanı zədələnən Rahil Məmmədov əməliyyat olunub.
Allsport.az xəbər verir ki, müdafiəçiyə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub və cərrahiyyə əməliyyatı Finlandiyanın Pihlajalinna klinikasında yerinə yetirilib. Uğurlu əməliyyatdan sonra özünü yaxşı hiss edən futbolçunun məşqlərə başlayacağı tarixlə bağlı əlavə məlumat veriləcək.