- Baxış sayı: 38
- 22 Noyabr 2024 23:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Türkiyə millisində 200 metr məsafəyə qaçışda Avropa və dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev “Anadolu” agentliyinə müsahibə verib. Allsport.az xəbər verir ki, 29 yaşlı atlet koronavirusun məşqlərə təsirindən danışıb:
“Ümid edirəm ki, COVID-19 tezliklə yox olar və hazırlığa başlayarıq. Əlimizdən gələn qədər evdə hazırlaşırıq. Mümkün qədər formada qalmağa çalışırıq. Çünki məşq etməsək, formadan düşərik və əvvəlki vəziyyətə qayıtmaq uzun zaman alar. Boş zamanımda “PlayStation” oynayır, kitab oxuyur və seriallara baxıram”.
Ramil karyerasında unutmayacağı anlardan söz açıb: “Dünya çempionatını unutmaq mümkün deyil. Londondakı yarışı yüksək nəticə ilə yekunlaşdırmaq gözəl hissdir. O duyğu heç vaxt silinməyəcək. Olimpiya oyunlarında daha yaxşısını edə biləcəyimə inanıram”.
Həmyerlimiz “dördillik”də mükafat qazanmaq arzusunda olduğunu bildirib: “Bütün idmançılar olimpiya mükafatı arzu edir. Avropa və dünya çempionu olmuşam. Olimpiya medalı qalıb və ən çətin olanı qazanmaq istəyirəm”.
Azərbaycanlı idmançı Tokio olimpiadasının 2021-ci ilə təxirə salınmağı barədə bunu deyib: “Yaxşı hazırlaşırdıq. Ancaq yarış koronavirusa görə təxirə salınıb. İndi daha çox vaxt qazandıq. Ən böyük hədəfimizə daha ciddi hazırlaşa bilərik. Ola bilər ki, məşqçimiz hazırlıqda dəyişiklik etsin”.
Ramil Quliyev 2017-ci ildə dünya, 2018-ci ildə isə Avropa çempionu olub.