- Baxış sayı: 25
- 31 Mart 2026 17:12
- Baxış sayı: 701
- Mart 30, 2026
- 0

Bu gün Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində Gəncədə yerli “Kəpəz” “Neftçi”ni qəbul edir. Allsport.az xəbər verir ki, qarşılaşmanın ilk yarısında gərgin anlar yaşanıb.
Belə ki, yan xətt hakiminin verdiyi qərara əsəbləşən “Kəpəz”in çalışdırıcısı Şahin Diniyev buna sərt etiraz edib. O, autdan çıxan topu meydana tərəf atıb. Bu zaman isə bakılıların yarımmüdafiəçisi Erik Ramos Diniyevin üzərinə hücum çəkib. Bir anda ara qarışıb. Futbolçuların müdaxiləsindən sonra ara sakitləşib. Sarı vərəqə alan Ramos, “Neftçi”nin qapıçısı Aqil Məmmədovun israrından sonra Diniyevdən üzr istəyib.