- Baxış sayı: 47
- 06 Mart 2026 22:52
- Baxış sayı: 264
- Mart 05, 2026
- 0

Serxio Ramos gələcəyi ilə bağlı qərar verib.
Allsport.az xəbər verir ki, 38 yaşlı oyunçu Argentinanın “Boka Xuniors” klubuna keçməkdən imtina edib.
“Boka” Ramosu qışda transfer etməyi ciddi şəkildə düşünürdü. Komandanın baş məşqçisi Fernando Qaqo ispaniyalı ilə şəxsən danışıqlar aparsa da, o, Argentinaya keçməyə razılıq verməyib.
Ramosun son klubu peşəkar karyerasına başladığı “Sevilya” olub. O, ötən mövsüm bitəndən azad agentdir.