- Baxış sayı: 28
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 117
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 6-cı turunda “Qəbələ” evdə “Neftçi”yə 0:3 uduzub. Allsport.az saytı xəbər verir ki, oyundan sonra mətbuat konfransında meydan sahiblərinin çalışdırıcısı Elmar Baxşıyev bunu deyib:
“Oyunun çətin keçəcəyini təxmin edirdik. “Neftçi” heyətinə görə yaxşı balanslaşmış komandadır. Rasim Ramaldanovun birinci hissədə zədələnməsindən sonra müdafiədə boşluqlar verdik. Rəqib də bundan maksimum istifadə etdi.
Bunu ustalıq səviyyəsi ilə izah edərdim. “Neftçi” hər mövqedə, hər komponentdə bizdən üstün görünür. Gənc komandayıq. Artırmaq üçün potensialımız var. Komandaya inanırıq. Gənc futbolçularımız matçdan-matça daha yaxşı oyun göstərəcəklər. Biz də istəyərdik ki, doğma meydanımızda azarkeşlərimizi sevindirək. Lakin istəyimiz alınmadı.
“Neftçi” layiqli qələbə qazandı. Rəqibi təbrik edirəm. Komandanı görüşə hazırlayarkən müdafiədən oynamaq barədə düşünmürdük. Amma rəqibin ustalığı daha üstün olduğundan bizi müdafiədə oturmağa məcbur etdi. Rasim Ramaldanovun dizi şişib, indi nə isə demək çətindir. O, üç gündən sonra müayinə olunacaq”.