Ravin Alməmmədov 1 qızıl və 2 gümüş medal qazandı!

24 oktyabr – 4 noyabr tarixlərində Polşanın Raşin şəhərində keçirilən ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyi davam edir. 

Allsport.az xəbər verir ki, yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər. 

Bu gün onlardan daha biri – Ravin Alməmmədov körpücük üzərinə çıxıb. O,81 kq çəki dərəcəsində yarışıb.

Atletimiz birdən qaldırma hərəkətində 151 kq-ı ram edib və bu hərəkətdə Avropa birincilyinin ən yaxşısı olub.

O, təkanla qaldırma hərəkətində 187 kq-ı başıüz üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.

Ravin Alməmmədov toplam 338 kq (151+187) nəticə ilə yekun sıralamada da gümüş medal qazanıb. 

Həmin kateqoriyadan