- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
25 mart – 1 aprel tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyinə davam edir.
Allsport.az xəbər verir ki, 60-dan çox ölkədən 322 (166 kişi və156 qadın) atletin qatıldığı yarışda Azərbaycan atletləri də qüvvələrini sınayırlar.
Bu gün körpücük üzərinə Qazaxın “Göyəzən” ağır atletika klubunun təmsilçisi Ravin Alməmmədov (73 kq) mübarizə aparıb.
Atletimiz birdən qaldırma hərəkətində 136 kq-ı ram edib və bu hərəkətdən dünya birinciliyinin gümüş medalına sahib olub.
Ravin təkanla qaldırma hərəkətində isə 167 kq-ı ram edib. O, bu hərəkətdə də gümüş medal qazanıb.
Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türkiyəli Qaraca Yaşara aid (163 kq-lıq) Avropa rekordunu yeniləyib.
Bununla yanaşı, 167 kq-ı ram etməklə atletimiz bu hərəkətin toplamında rumıniyalı Yonut Donoseyə aid 300 kq-lıq rekordu da geridə qoyub.
Toplam 303 kq (136+167) nəticə göstərən yekun sıralma da dünya birinciliyinin gümüş medalçısı adını qazanıb.