- Baxış sayı: 101
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam həmrəyliyi oyunlarında ağırlıqqaldırma üzrə yarışlarda idmançımız Ravin Alməmmədov (79 kq) birdən qaldırma hərəkətində 155 kq nəticə ilə gümüş medal qazanıb.
Allsport.az xəbər verir ki, təkanla qaldırma hərəkətində 190 kq nəticə göstərərək bürünc medala sahib olub. Ümumi nəticəyə görə idmançımız 345 kq nəticə ilə gümüş medala layiq görülüb.