- Baxış sayı: 27
- 10 Mart 2026 15:57
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettino “Real Madrid”in maraq dairəsinə düşüb.
Allsport.az xəbər verir ki, argentinalı mütəxəssis Madrid təmsilçisində hazırkı postunda mövqeyi zəifləyən Alvaro Arbeloanı əvəzləməyə əsas namizədlərdən biri hesab olunur.
Bildirilir ki, “kral klubu”nun prezidenti Florentino Peres 53 yaşlı mütəxəssisin işini yüksək qiymətləndirir və onu komandanın sükanı arxasında görməkdə maraqlıdır.
Poçettinonun ABŞ yığması ilə müqaviləsi 2026-cı il dünya çempionatının sonuna qədər qüvvədədir.