- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Komo”nun yarımmüdafiəçisi Niko Paz “Real Madrid”ə qayıtmağa yaxındır.
Allsport.az xəbər verir ki, “kral klubu” 21 yaşlı futbolçunu mövsümün sonunda heyətinə qatacaq.
“Real Madrid” ötən yay yetirməsini “Komo”ya 6 milyon avroya satıb. Müqaviləyə hazırda 9 milyon avro dəyərində olan geri alma seçimi də daxildir.
Paz bu mövsüm “A” seriyasında 12 oyunda beş qol vurub və dörd məhsuldar ötürmə edib.