“Real Madrid”də biabırçılıq: “Həkimlər Mbappenin sağlam dizini müayinə ediblər”

“Real Madrid”in sabiq fizioterapevti və nutrisionisti İtsiar Qonsales “kral klubu”nun tibbi heyəti barədə şok iddialarla çıxış edib.

Allsport.az xəbər verir ki, mütəxəssis klubdakı qeyri-peşəkarlıq və səhlənkar yanaşma barədə sosial şəbəkə hesabında kəskin paylaşımlar edib.

Qonsales ulduz futbolçu Kilyan Mbappenin zədə diaqnozu zamanı həkimlərin MRT müayinəsində səhvən onun digər dizini yoxladıqları barədə yayılan xəbərlərə belə reaksiya verib:

“Ümid edirəm ki, bu hadisədən sonra klubda tanışlıq sayəsində vəzifəyə gələn “başsız narsistlərin” sayı azalar və savadlı peşəkarlara yer verilər. Belələri ancaq oyunçulara ziyan vururlar. Əslində, bu xəbərin, yoxsa klubda qida əlavələrinin ChatGPT-nin pulsuz versiyasının məsləhətləri ilə təyin edilməsi faktının daha pis olduğunu bilmirəm”.

İtsiar Qonsales 2025-ci ilin avqustuna qədər “Real”ın tibbi heyətində çalışıb.

Həmin kateqoriyadan