“Real Madrid”də ciddi itki

“Real Madrid”in mətbuat xidməti Argentina yığmasının hücumçusu Franko Mastantuononun tibbi müayinəsinin nəticələrini açıqlayıb.

Allsport.az xəbər verir ki, 18 yaşlı oyunçuya xroniki qasıq zədəsi olan pubalgiya diaqnozu qoyulub. “Barselona”nın hücumçusu, 18 yaşlı Lamin Yamala da əvvəllər eyni diaqnoz qoyulmuşdu.

İspaniyadakı ilk mövsümündə Mastantuono “Real Madrid”də 12 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan