- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Real Madrid” la liqanın 19-cu turunda səfərdə “Atletik Bilbao”nu 3-0 hesabı ilə məğlub etsə də, itkilərlə üzləşib.
Allsport.az xəbər verir ki, oyun zamanı “kral klubu”nun iki əsas oyunçusu – müdafiəçi Trent Aleksandr-Arnold və yarımmüdafiəçi Eduardo Kamavinqa meydandan erkən çıxarılıb.
Yayda “Real Madrid”ə qoşulan ingilis 55-ci dəqiqədə əvəzlənməyə məcbur edilib. O, meydanı axsayaraq tərk edib. Kamavinqa isə ağrılar hiss etdiyi üçün 69-cu dəqiqədə əvəzlənib.
İndi hər iki oyunçu yaxın günlərdə keçiriləcək tibbi müayinənin nəticələrini gözləyəcək.