- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Real Madrid”in mərkəz müdafiəçisi Din Höysen sol ayaq nahiyəsindən aldığı zədə səbəbindən sıradan çıxıb.
Allsport.az xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu la liqanın 8-ci turunda “Vilyarreal” üzərində 3:1 hesablı qələbə qazandıqları oyunda xəsarət alıb.
İspaniya millisinin oktyabr matçlarını buraxan Höysen fərdi məşq edir və oktyabrın 19-da “Xetafe” ilə oyunu mütləq buraxacaq. Bununla belə, o, qarşıdakı “Yuventus” (22 oktyabr) və “Barselona” (26 oktyabr) matçlarında iştirak edə biləcək.
Höysen bu mövsüm bütün turnirlərdə “Real Madrid”in 14 matçında meydana çıxıb.