“Real Madrid”in prezidenti olmaq istəyir

İspaniyalı keçmiş tennisçi Rafael Nadal gələcəkdə “Real Madrid” klubunun prezidenti olmaq ehtimalını istisna etməyib.

Allsport.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan Nadal, hazırkı prezident Florentino Peresin ən yaxşı olduğunu qeyd etsə də, özünü də bu vəzifədə gördüyünü bildirib: “Əvvəla, mən buna hazır olduğuma əmin olmalıyam. Bunu istəyərdimmi? Ola bilər, bəli. Bu, həyatımın hansısa mərhələsində prezident olmaq barədə düşünə biləcəyim deməkdirmi? Bilmirəm, bunu uzaq və çətin görürəm, amma gələcəkdə nə olacağını heç vaxt bilmirsən.”

Həmin kateqoriyadan