“Real”da növbəti ciddi itki

“Real Madrid”in qapıçısı Tibo Kurtua çempionlar liqasının 3-cü turunun Dortmund “Borussiya”sı ilə oyununda (5:2) zədələnib.

Allsport.az xəbər verir ki, “kral klubu”nun rəsmi saytı belçikalının ayağından zədələndiyi haqda məlumat yayıb:

“Real Madrid”in tibb xidməti oyunçumuz Tibo Kurtuanı müayinə etdikdən sonra onun sol ayağının əzələsində zədə aşkarlayıb”.

Madrid təmsilçisinin hücumçusu Rodriqo da ötən gün zədələnib.

“Real”ın növbəti oyunu oktyabrın 26-da “Barselona”ya qarşı olacaq.

Həmin kateqoriyadan