- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Real”ın futbolçusu Franko Mastantuono “Napoli”nin maraq dairəsinə düşüb.
Allsport.az xəbər verir ki, Neapol təmsilçisi 18 yaşlı argentinalını icarəyə götürmək imkanları ilə maraqlanıb.
Lakin “kral klubu” rəhbərliyi bu ssenarini qəti şəkildə istisna edib və “azzurrilər”in təklifinə baxmaqdan belə imtina edib.
Mastantuono ötən yay 45 milyon avro qarşılığında “River Pleyt”dən “Real”a keçib.