“Real”ın ulduzuna xəyanət şoku – FOTO

“Real Madrid”in yarımmüdafiəçisi Orelien Tçuameni sevgilisi Süzett Karterin ona xəyanət etməsi barədə yayılan şayiələri təkzib edib.

Allsport.az xəbər verir ki, hadisə internetdə futbolçunun adından paylaşılan saxta mesajla başlayıb. Həmin paylaşımda Tçuameninin guya sevgilisini başqa kişi ilə gördüyü və xəyanətə uğradığı iddia olunub.

Fransalı futbolçu qısa müddət sonra şəxsi hesabında “hekayə” paylaşaraq həmin məlumatın yalan olduğunu bildirib: “Bu mənim hesabım deyil, özünüzü qoruyun”.

Tçuameni və ABŞ-nin moda sənayesində çalışan Süzett təxminən iki ildir münasibətdədir.

Həmin kateqoriyadan