Red Bull avtomobil sürüşməsi tam sürətlə yenidən Bakıda!

28 iyun saat 18:00-da Dövlət bayrağı meydanının maşın saxlama ərazisində “Red Bull Car Park Drift” tədbiri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 4-cü dəfə baş tutacaq yarışda yerli dreyfçilər sürət, texnika və vizual şou ilə dolu trasda bacarıqlarını nümayiş etdirəcəklər.

Onlar “box”, “spiral”, “gate” və digər xüsusi maneələri keçərək maksimum 400 xal toplamağa çalışacaqlar. Ən yüksək nəticəni əldə edən sürücü isə 2026-cı ildə dünya finalında Azərbaycanı təmsil edəcək.

Yarış – Azərbaycan avtomobil federasiyası, Bakı şəhər halqası və “CBC Sport”un dəstəyi ilə olacaq.

Bu il yarışda unikal anlar yaşanacaq – sürüşmə ustası Abdo Feghali və stunt motosikletçi Aras Gibieza ilk dəfə ölkəmizdə eyni arenada çıxış edəcək və izləyicilərə unutulmaz bir şou təqdim edəcəklər.

Həmin kateqoriyadan