- Baxış sayı: 33
- 05 Dekabr 2025 22:10
- Baxış sayı: 35
- Dekabr 05, 2025
- 0

Allsport.az sayı xəbər verir ki, tədbir 9 avqustda Heydər Əliyev mərkəzinin qarşısında olacaq. Küçə rəqsi mədəniyyətinin ən parlaq üslubları bu dəfə də bir səhnədə birləşəcək. 16 rəqqas fərdi çıxışlarla bir-biri ilə qarşılaşacaq və batllarda bacarıqlarını nümayiş etdirəcəklər.
Tədbir “Nar Mobayl”ın dəstəyi ilə keçirilir. “Red Bull ilə öz üslubunuzda rəqs edin” (“Red Bull Dance Your Style”) xüsusi edən əsas məqam isə qalibin tamaşaçılar tərəfindən seçilməsidir. Münsiflər əvəzinə, əlində qırmızı və göy vərəqələr olan izləyicilər sevdikləri iştirakçıya səs verir və onun növbəti mərhələyə keçməsinə qərar verirlər.
Üstəlik tədbirdə xüsusi qonaq qismində çıxış edəcək Orxan Zeynallı və Trino səhnəni bölüşərək birgə məharətlərini göstərəcəklər.
Yarışmanın qalibi 6–11 oktyabrda Los-Ancelesdə dünya finalında Azərbaycanı təmsil edəcək.