- Baxış sayı: 146
- 08 Sentyabr 2025 18:23
- Baxış sayı: 132
- Yanvar 30, 2026
- 0

Klub mədəniyyətinə tam fərqli nəfəs gətirən yeni DJ battle formatı.
Allsport.az xəbər verir ki, fevralın 8-də saat 20:00-da güclü səs sistemi və enerjili atmosferiilə tanınınan FOMO Bakı səhnəsində, Red Bull yenidən qeyri-adi tədbiri ilə sizin qarşınızda.
“Red Bull Turn It Up” nədir?
4 DJ-yin üz-üzə gəldiyi, sürpriz mövzularla qarşılaşdığı və səhnədə anında remikslər edərək kütlənin diqqətini qazanmağa çalışdığı global bir formatdır.
Hər raund başlamazdan əvvəl DJ komandalarına qırmızı və ya mavi rəng təyin olunur. Gecəyə qatılanlara bilərziklər təqdim olunacaq. Həmin bilərziklər, səsvermə zamanı istifadə olunacaq. Püşkatmanın nəticəsində, müəyyənolunmuş qaydada səhnəyə çıxacaq DJ-lər sıradakilardır:
DJ BixFour vs DJ Gachoo
DJ Ax vs DJ Stasy
Yarış boyunca tanınmış reper Uran, həm aparıcı kimi, həm də öz çıxışı ilə gecəyə rəng qatacaq.
Lakin gecə bununla bitmir, sürprizlərdən biri isə, qadın repçilər arasında çoxdandır öz sözünü demiş Əlizadənin səhnə şousudur.
Həmçinin gecələrə maximum hərarət qatmağı ilə tanınan qazaxıstanlı DJ Abailuck xüsusi qonaq qismində çıxış edəcək.
Qapılar 19:30-da açılır, tədbir 20:00-da başlayır.
Biletləri şəhərin kassalarından və iTicket.az rəsmi səhifəsindənəldə etmək mümkündür.
Linkə keçid edib, gecənin həyacanını Red Bull ilə yaşa.






