- Baxış sayı: 107
- 18 Avqust 2026 11:54
- Baxış sayı: 123
- Sentyabr 17, 2026
- 0

9 avqustda Heydər Əliyev mərkəzinin qarşısında baş tutan “Red Bull Dance Your Style” milli finalında qalib adını Xəyal Amrullazadə (“Zico Firestar”) qazandı.
Allsport.az xəbər verir ki, o, 6–11 oktyabrda Los-Ancelesdə keçiriləcək dünya finalında Azərbaycanı təmsil edəcək.
Milli final mərhələsində ölkənin ən istedadlı 16 rəqqası improvizasiya əsasında keçirilən “battl”larda bir-biri ilə yarışdı. Ritm və yaradıcılıqla dolu gecə tamaşaçıların böyük marağına səbəb oldu. Tədbirin xüsusi qonaqları – Orxan Zeynallı və Trino – səhnədəki çıxışları ilə finala əlavə rəng qatdılar.
“Red Bull Dance Your Style” yarışmasının Azərbaycandakı rəsmi tərəfdaşı Nar Mobile brendidir.





