- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Azərbaycan premyer liqasında mövsümün tamaşaçı rekordları qeydə alınıb.
Allsport.az xəbər verir ki, bu, XII tura təsadüf edib.
“Sumqayıt” – “Qarabağ” qarşılaşması (2:4) mövsümün ən çox tamaşaçı toplayan görüşü olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçda 9100 izləyici qeydə alınıb.
Bu qarşılaşmaya qədər mövsümün rekordu X turun “Turan Tovuz” – “Şamaxı” matçına (2:1) təsadüf etmişdi. Tovuz şəhər stadionundakı oyunda 5800 seyrçi olub.
XII turun ilk gününün Yevlax şəhər stadionunda keçirilən “Karvan Yevlax” – “Kəpəz” görüşündə (1:2) isə 4000 tamaşaçı olub. Bununla da turun arxada qalan matçlarını 13100 nəfər izləyib. Bu, digər 4 qarşılaşmadan asılı olmayaraq mövsümün ən çox tamaşaçı toplayan turu olub. Əvvəlki rekord 10720 izləyicinin olduğu X turda yaşanmışdı.