- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin və “Vulverhempton”un hücumçusu Renat Dadaşov açıqlama verib.
Allsport.az xəbər verir ki, hazırda icarə əsasında “Pasuş Ferreyra”da oynayan 20 yaşlı futbolçu sabiq komandası “Leyptsiq” barədə danışıb:
“Leyptsiq”də üç mövsüm keçirmişəm. Ora 15 yaşlı yeniyetmə kimi getmişdim. 18 yaşımda isə “Ayntraxt”a transfer oldum. “Leyptsiq”də inanılmaz şərait var idi. Mənim bir vaxtlar yaşadığım baza dünyada ən yaxşılardan biridir. Burada söhbət 8 təbii örtüklü meydança, fantastik otel və yeməkxanadan gedir. Bu klubda peşəkar futbolçu üçün lazım olan hər şərait yaradılıb. Klubun əsası 2009-cu ildə qoyulub. İlk vaxtlar azarkeşi çox az idi. Cəmi 10 ildən sonra “Leyptsiq” brendə çevrildi. Artıq hər oyunda stadion ağzına kimi dolur. Bu isə o deməkdir ki, komanda şəhər əhalisinin qəlbini fəth edə bilib. Almaniyanın ən güclüsü olmaq üçün bu klubun hər şeyi var. Cari mövsüm Çempionlar Liqasında da ciddi uğur qazana bilərlər. Qürur hissi ilə deyirəm ki, mən bu komandada daha yaxşı insan oldum. Halbuki ora gedənə qədər xarakterimdə bəzi problemlər var idi. “Leyptsiq”dən ayrılarkən pis olmadım. Sadəcə, getdim. Bilirdim ki, yollarımız nə vaxtsa ayrılmalıdır”.
Dadaşov 2018-ci ildə “Ayntraxt”ı “Eştoril”ə dəyişməsinin səbəbi haqda bunları deyib: “İki il öncə karyeramda eniş yaşandı. Bəzi səhvlər etdim və buna görə alman futbolundan getməli oldum. Eştorildə yaşamaq və şəhərin komandasında çıxış etmək xoşuma gəlirdi. Bu klub yenidən yaxşı səviyyədə futbol oynamağıma imkan yaratdı. Nəticədə “Vulverhempton”la 4 illik müqavilə imzaladım. Daha sonra “Pasuş”a icarəyə verildim. Hazırda Portu yaxınlığında yaşayıram. Məqsədim bu komandada maksimum təcrübə qazanmaqdır. Səbirsizliklə daha çox oynayacağım və özümü göstərəcəyim vaxtı gözləyirəm”.