- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Ruan Renato “Zirə”nin heyətində 100-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi Azərbaycan kubokunun 1/8 final mərhələsinə baş tutub.
Braziliyalı legionçu “Neftçi” ilə əlavə vaxta qədər uzanan qarşılaşmada (1:0) 120 dəqiqə meydanda olub. Renato “Zirə”də keçirdiyi 100 matçda 9 qola imza atıb.
Ruan premyer liqada 80 (8 qol), kubokda 10 (1 qol), avrokuboklarda 10 matça çıxıb. Cənubi amerikalı “Zirə”nin tarixində 100 və daha çox oyun keçirən 9-cu futbolçudur.
Renato 2023-cü il avqustun 5-də premyer liqanın “Qarabağ”la səfər matçında (1:0) Bakı klubunda debüt edib.