Reqbi üzrə ölkə çempionu

Şəkidə reqbi üzrə 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Azərbaycan çempionatı keçirilib.

Allsport.az xəbər verir ki, yarışda “Qarabağ”, “Qəbələ”, “Sumqayıt”, “Şəmkir”, “Şəki” və “Gəncə” komandaları iştirak edib.

Qrup mərhələsindən start götürən çempionatın qalibi “Qarabağ” olub. “Qəbələ” və “Şəmkir” kollektivləri eyni qrupda yer alan Şuşa təmsilçisi ilk oyunda “qırmızı-qaralar”ı 20:10 hesabı ilə məğlub edib. 2-ci görüşdə “Şəmkir”i 25:15 hesabı ilə üstələyən Nizami Mahmudovun baş məşqçi olduğu komanda qrup lideri kimi yarımfinala yüksəlib.

Bu mərhələdə B qrupunun 2-cisi “Gəncə” ilə qarşılaşan “Qarabağ” inamlı qələbə ilə finala adlayıb. Onların həlledici oyundakı rəqibi digər yarımfinal qarşılaşmasında “Qəbələ” məğlub edən “Sumqayıt” olub.

Gərgin mübarizə şəraitində keçən matçda rəqibinə 15:0 hesabı ilə qalib gələn “Qarabağ” ilk dəfə Azərbaycan çempionu adını qazanıb.

Həmin kateqoriyadan