- Baxış sayı: 40
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Dünyanın nüfuzlu xəbər agentliyi “Reuters” Azərbaycan taekvondoçularının Rio-2016 uğurundan yazıb. Allsport.az saytı xəbər verir ki, yazıda, dayanq ustalarımızın bu döyüş növünün yalnız öz Vətənində yaşamadığını sübut etdiyi bildirilib. Həmkarlarımızın Rio oyunlarının nəticələri ilə bağlı hazırladığı materialda deyilir:
“Azərbaycan sübut edib ki, taekvondo çempionları yalnız bu döyüş növünün vətənində yaşamır. Koreya Respublikası 2 qızıl və 3 bürünc medalla taekvondodakı üstünlüyünü Rio-2016-da da göstərib. Bununla yanaşı, Azərbaycan, Böyük Britaniya və Afrika ölkələrindən olan idmançılar bu idman növünün öz Vətənindən kənarda yayıldığını nümayiş etdiriblər.
Azərbaycanlı taekvondoçular 31-ci Yay Olimpiya Oyunlarda 1 qızıl, 2 bürünc qazandılar. Rio olimpiadasında +80 kq-da mübarizə aparan Radik İsayev Niger idmançısı Abdulrəzzaq İssufu 6:2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Azərbaycanın digər taekvondoçuları Milad Beiqi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medala sahib olublar”.