- Baxış sayı: 430
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 40
- Dekabr 05, 2025
- 0

Rio-2016-nın təşkilatçıları dünya futbolunun əfsanəsi Peleni avqustun 21-də oyunların bağlanışına dəvət etmək niyyətindədirlər. Allsport.az saytı xəbər verir ki, nəzərdə tutulduğu kimi, 3-qat dünya çempionu açılış mərasimində olimpiya məşəlini alovlandırmalı idi.
Ancaq Pele bu yaxınlarda keçirdiyi cərrahiyyə əməliyyatından sonra, dünya qarşısına əsa ilə çıxmaq istəməməsi məlumatı verilib. Bununla belə, “futbol kralı” bu həftə işgüzar məsələlərlə bağlı Afrikaya səfər etmək fikrindədir. Bu fakt olimpiadanın təşkilatçılarında onun fiziki durumunun yaxşı vəziyyətdə olmasına ümid yaradıb.