“Risk etməkdən çəkinirdik”

Azərbaycan premyer liqasının XI turunun “Sabah” – “Neftçi” (0:0) oyunundan sonra qonaq komandanın baş məşqçisi Samir Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Allport.az xəbər verir ki, mütəxəssis oyun barədə bunları deyib:

“Meydana qələbə üçün çıxmışdıq. Artıq geriyə yolumuz yoxdur, hər oyuna belə çıxacağıq. Bunun üçün hər şeyi etdikmi? Bu suala komanda daxilində aydınlıq gətirəcəyik və nə lazımdırsa, edəcəyik. Komandam yaxşı oyun göstərməyə çalışdı. Bəzi epizodlarda risk etməkdən, top itirməkdən, irəliyə aqressiv, qol vurmaq üçün getməkdən çəkinirdik. Bu da, bəlkə, uzun müddət qələbə qazanmamaqdan irəli gəlir. Bu oyunlarla belə psixoloji baryeri aşmalıyıq. Təbii ki, qələbə qazansaydıq, daha yaxşı olardı, amma bugünkü bir xala, xüsusilə, çəkdikləri əziyyətə görə uşaqları təbrik edirəm. Əmin edirəm ki, biz daha da yaxşı olacağıq və çalışacağıq ki, bunu tez edək”.

Həmin kateqoriyadan

azenrutr