- Baxış sayı: 58
- 18 Aprel 2025 21:09
- Baxış sayı: 70
- Aprel 24, 2025
- 0
Bu gün Şüvəlan qəsəbəsində ağır atletika akademiyasında milli qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə açıq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə AAAF-in baş katibi Rizvan Rəsulov bunu söyləyib:
“İdmançılar beynəlxalq arenalarda Azərbaycanın təmsilçiləridirlər. Onların yetişdirilməsi, hazırlanması üçün kütləviliyin olması vacibdir və məhz bu cür turnirlərlə buna nail ola bilirik. Xüsusilə də öz həyatı, gördüyü işlərlə adından söz etdirmiş, həm bir peşəkar, həm də bir qəhrəman olaraq Vətənə xidmət etmiş Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş birinciliklə bunu etmək hamımız üçün əhəmiyyət daşıyır.
Federasiya olaraq biz də bu iş üçün əlimizdən gələni edir, maksimum dəstək olur, həm yarışın təşkilində iştirak edir, həm də mərhumun ailəsinə diqqət yetiririk. Bu işləri bundan sonra da davam etdirəcəyik”.