Prosineçki: “İki futbolçunun çıxışı diqqətimi çəkdi”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan “Bakı” – “Xəzər Lənkəran” və “Neftçi” – “Sumqayıt” oyunlarını izləyib. Allsport.az xəbər verir ki, Prosineçki həmin oyunlarla bağlı AFFA-nın saytına fikirlərini bildirib:

“Bu tur iki oyunu izləmək imkanım oldu. Əvvəlcə “Bakı” – “Xəzər Lənkəran”, sonra “Neftçi” – “Sumqayıt” qarşılaşmalarını izlədim. Təəssüflər olsun ki, hər iki oyunda azarkeş az idi. Ümid edirəm növbəti oyunlarda daha çox azarkeş görə biləcəyəm. İlk oyunla müqayisədə ikinci qarşılaşma daha maraqlı keçdi. “Xəzər Lənkəran”ın iki oyununu izləmişdim. Əvvəlki oyunlarda yaxşı təsir bağışlamışdı. “Xəzər Lənkəran”dan daha yaxşı oyun gözləyirdim. “Bakı”nın heyətində gənc oyunçular çoxdur. Mübarizə aparırlar, əllərindən gələni edirlər. Nəticədən razı qala bilərlər.

“Neftçi” – “Sumqayıt” oyununa gəlincə, bu qarşılaşma daha maraqlı və qollu keçdi. Hər iki oyunda bəzi şeyləri görə bildim, bəzilərini yox. Ad çəkmək istəmirəm, “Neftçi” – “Sumqayıt” oyununda iki futbolçunun çıxışı diqqətmi çəkdi. Onlar mənim üçün önəmli oyunçulardır. Gənc və bacarıqlıdırlar”.

Həmin kateqoriyadan