- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 11-ci turunun “Keşlə” klubu ilə oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, komandanın ən pis oyununu keçirdiyini deyib:
“Ən pis oyunumuzu keçirdik. Məğlubiyyətə layiq idik. İstədiyimiz oyunu göstərə bilmədik. Çox məyusam. Çünki futbolçular səviyyələrindən aşağı oynadılar. Təəssüf ki, uduzduq”.
Futbol komanda oyunudur. Udanda hamı udur, uduzanda hamı uduzur. Məğlubiyyət bütün komandanın günahıdır. Futbolçulardan belə oyun gözləmirdik. Sanki arxayınlıq var idi. Dario Frederikonun daha çox fərdi oyuna üstünlük verməyinə gəlincə, deməzdim ki, problem məhz onunla bağlı idi. Komandanın ümumilikdə oyunu alınmadı.
Dario isə son nöqtəni qoya bilmədi. Bunu etsəydi, nəticə başqa cür ola bilərdı. Fərdi səhvlərimiz çox idi. Hətta üçüncü qolu da buraxa bilərdik. Əvvəlki oyunlardan cüzi əsər-əlamət var idi. Bu məğlubiyyətlə özümüz öz vəziyyətimizi çətinə saldıq. Bu gün komanda özünə bənzəmədi. Çalışacağıq ki, məğlubiyyəti həzm edək və növbəti matçlara yaxşı hazırlaşaq”.