- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Neftçi”nın baş məşqçisi Roberto Bordin qitə liqasının 3-cü təsnifatında “Bney Yəhuda” ilə cavab oyununa şərh verib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında 1:2 bitən görüş barədə bunu detib:
“Oyun istədiyimiz kimi getmədi. Rəqib yenə bütövlüklə müdafiə olundu. Əlbəttə, bu məğlubiyyətdə əvvəlcə özümü günahlandırıram. Məncə, futbolçularımın daha da ürəkli vuruşmaları üçün onlara nəyisə düzgün çatdıra bilməmişdim. Çatışmayan cəhətləri düzəltməliyik.
Futbolçulara tapşırmışdım ki, səbrli olsunlar, qol vuracağıq. Amma əvəzində qapımızdan erkən qol buraxdıq. Sonra anlaşılmazlıqdan qapımızda daha bir qol gördük. Çalışırdıq ki, oyun istədiyimiz kimi getsin. Amma rəqib müdafiə olunurdu, boşluqlar buraxmırdı. Artıq ölkə çempionatı başlayır. Bəzi dəyişiklər etmək lazımdır”.