- Baxış sayı: 31
- 31 Mart 2026 19:37
- Baxış sayı: 735
- Mart 30, 2026
- 0

Bu gün premyer liqanın 7-ci turunda “Neftçi” öz meydanında ” Səbail”ə 2:1 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, matçdan sonra mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin qələbəyə belə şərh verdi:
“Yaxşı oyun oldu. Hər şeyi standart vəziyyətlərə bağlamaq düzgün deyil. Hər cəhətdən üstün idik. 3-cü qolu vursaydıq, daha rahat olardıq.
Ardıcıl qələbələr komandanın psixoloji durumunu düzəldib. Fasilədə daha toparlanacağıq. Düzdür, milli komandalarda olmayanların xidmətindən istifadə edə bilməyəcəyəm. Amma imkan daxilində fasilədən yararlanmağa çalışacağıq”.