- Baxış sayı: 29
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 118
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 3-cü turunda “Sumqayıt” səfərdə “Neftçi”yə 1:2 uduzdu. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov bunu deyib:
“Oyuna yaxşı başlayaraq qol vursaq da, hesabdakı üstünlüyümüzü qoruya bilmədik. Nələrisə dəyişmək istədik, amma son dəqiqələrdə dözə bilmədik. Məni üzən bəzi səbəblər var. Bunlardan danışmalıyıq. Təəssüüf ki, Roberto Bordin hər dəfə kimlərəsə nələrisə öyrətmək istəyir. Amma getsin öz komandasına tərbiyə versin. Mənim futbolçularımdan kimsə rəqib komandanın məşqçilərini söysə, mən onu qovaram.
Təəssüf ki, millidə Anton Krivotsyuk kimi futbolçular oynayır. Mən bu gün futbola nifrət etdim. Gəlib bizə niyə söyüş söyür? Neynəmişik ki? Axırıncı dəqiqədə top çıxıb, futbolçumuz yerdə qalıb. Bordin müəllim, başqa vaxt gəlib vaxt uzatmaqdan şikayətlənirsiz, topu niyə vermədiz? Azərbaycana gəlib futbol öyrətmək lazım deyil. Bu da onun tərbiyəsiz komandası!”