Roberto Bordin: Komanda hər dəfə qol buraxandan sonra ayılır

“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 4-cü turunda “Qarabağ”la oyun barədə fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis 0:2 hesablı yenilçini belə şərh edib:

“İstədiyimiz alınmadı. Çünki futbolçularımız istədiyimiz ritmdə oynaya bilmədilər. Müdafiədə yaxşı oynadığımız vaxtda azlıqda yaxalanıb qapımızdan qol buraxdıq. İlk qoldan sonra rəqib qapısı ağzında qol epizodları yaratdıq. Cavab qolunu vura biləcəyimiz zamanda isə qapımızda daha bir qol gördük. İkinci qoldan sonra komandam irəli atıldı və rəqibə əks-hücum şəraiti yaratdı. Hətta 2:0-dan sonra da təhlükəli vəziyyətlər yaratdıq. “Qarabağ” kimi komandayla qarşı 90 dəqiqə yüksək tempdə oynamaq lazımdır. Komandam hər dəfə qol buraxandan sonra ayılır. Bunun nədən irəli gəldiyini bilmirəm.

Deməzdim ki, hər künc zərbəsindən sonra rəqib qapıçı topu götürürdü. Petrov ilə Geryenin başla zərbələrini xatırlamaq kifayətdir. Mən peşəkaram, hər zaman 100 faiz çalışmışam və çalışıram da. Komanda udar da, uduzar da. Buna görə karyerama zərbə gələcəyi haqda heç nə deyə bilmərəm. Keçənilki kimi, bu dəfə də hədəfimiz eynidir, çempionluğa oynayırıq. Sadəcə, bu dəfə yaxşı başlamamışıq. Amma bu, hədəfimizin dəyişməsi anlamına gəlmir. Bir ay əvvələ qayıtsaq, Tula “Arsenal”ına qarşı hər iki oyunu çox yaxşı keçirmişdik. Çalışıram komandamı həminki vəziyyətə gətirib çıxarım. Yəni bir ay əvvəlki kimi daha da istəkli olsunlar, daha da ürəklə vuruşsunlar. Bu gün sanki o qədər də istəkli deyildilər”. 

Həmin kateqoriyadan